Bütün bəşəriyyət üçün mənəvi sərvət

 

 

Sentyabrın 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib. Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tədbir Akademik OperaBalet Teatrı və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə ərsəyə gəlib.

Əvvəlcə qonaqlarÜzeyir Hacıbəyli-131” adlı sərgi ilə tanış olublar. Tədbirdə Üzeyir Hacıbəylinin ömür yolu barədə muzeyin arxiv materialları əsasında hazırlanmış fotoslaydlar nümayiş etdirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Üzeyir Hacıbəylinin bəstəkar, alim, yazıçı, publisist, ictimaisiyasi xadim kimi çoxşaxəli fəaliyyətindən danışıb. Vurğulanıb ki, Üzeyir bəy müsəlman Şərqində ilk operanın banisi olmaqla bərabər, milli musiqi xəzinəsini yeni janrformalarla zənginləşdirən əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olanKoroğlu” operasını yazıb, Azərbaycanda musiqişünaslıq elminin, musiqi təhsilinin əsasını qoyub.

Muzeyin şöbə müdiri Xanım Abdinova və Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ölkəmizdə keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Diqqətə çatdırılıb ki, Üzeyir bəyin yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün dəyərli mənəvi sərvətdir.

Tədbirin bədii hissəsində OperaBalet Teatrı solistlərinin, Bakı Musiqi Akademiyasının tələbə və məzunlarının ifasında Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevinbaşqa bəstəkarların əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.3.