İki filmimiz beynəlxalq festivalda

 

 

Elçin MusaoğlununNabat” və Cəfər Axundzadənin “Dmitrov küçəsi 86” filmləri Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək “Didor” beynəlxalq film festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, hər iki film festivalın müsabiqə proqramına daxil edilib. Festival oktyabrın 16-da başlanacaq.

Nabat” bədii filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.Dmitrov küçəsi 86” qısametrajlı bədii filmi “4.1 şəhər motivləri” kinoalmanaxına daxildir. Filmin ssenari müəllifi Cəfər Axundzadə, quruluşçu operatoru Əlişir Həmidhocayev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Rüstəm Zeynallı, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir (“Adari films”).

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.3.