Teatrlar yeni mövsümə start veriblər

 

 

Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsüm sentyabrın 18-də Üzeyir Hacıbəylinin “O olmasın, bu olsunikihissəli musiqili komediyasının nümayişi ilə başlanıb.

Tamaşadan öncə teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edərək dahi bəstəkarın yaradıcılığından, onun doğum günündə qeyd olunan Milli musiqi gününün əhəmiyyətindən, Dövlət Musiqili Teatrının fəaliyyətindən, nəzərdə tutulan yeni tamaşalardan söz açıb.

Sonra məşhur operetta növbəti dəfə sənətsevərlərə təqdim olunub. Qeyd edək ki, tamaşanın nümayişi Heydər Əliyev Fondunun Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşib. Musiqili komediya tamaşaçılara - festival iştirakçılarına, şəhərimizin qonaqlarına ingilis dilində titrlər vasitəsilə təqdim olunub.

Səhnə əsərinə Xalq artisti Cənnət Səlimova quruluş verib. Rolları Xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə başqaları ifa ediblər.

* * *

Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümünüTülkü, tülkü, tünbəkitamaşası ilə açıb.

Tamaşadan öncə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək bu mövsümdə gözlənilən yeniliklər haqqında danışıblar.

Sonra yəhudi əsilli şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Simax Şeydanın pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Multikulturalizm iliçərçivəsində hazırlanan tamaşaya gənc rejissor Gülnar Hacıyeva quruluş verib. Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir. Tamaşada İradə Rəşidova, Aygün Fətullayeva, Eldar İmanov, Eşqin Quliyev, Elnur Əliyev, Anar Səfiyev, Elşən Şıxəliyev iştirak edir.

Axşam isə teatrın səhnəsində Xalq yazıçısı İlyas ƏfəndiyevinMəhv olmuş gündəliklərəsərinin tamaşası göstərilib. Tamaşanın quruluşçu rejissoru Vaqif Əsədov, musiqi tərtibatçısı Mixail Simonovskidir. Rəqslərin quruluşu Nicat Kazımova məxsusdur.

* * *

Azərbaycan Dövlət Yuğ Teatrı isə sentyabrın 20-də yeni mövsümə start verib. Kollektiv Gümrah Ömərin quruluşunda hazırlanan “Naməlum Axundzadə” tamaşası ilə teatrsevərləri salamlayıb. Tamaşanın quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Ramiq Mehdidir. Rollarda Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova, Hikmət Rəhimov çıxış edir.

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.4.