Şuşa teatrının yeni mövsümü

 

 

Şuşa Dövlət Musiqili Dram Teatrı sentyabrın 20-də “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində 143-cü mövsümü görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə açıb.

Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rollarda Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Vüsalə Məmmədzadə, Zahid Mehdiyev iştirak edir.

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.7.