OperaBalet Teatrı yeni mövsümüLeyli və Məcnun”la açdı

 

 

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı 2016-2017-ci illər teatr mövsümünü Üzeyir Hacıbəylinin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazdığı “Leyli və Məcnun” operası ilə açdı.

Üç pərdə, altı şəkildən ibarət tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Rafiz İsmayılov, musiqi rəhbəri və dirijoru Xalq artisti Cavanşir Cəfərov, baletmeysteri Əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir.

Məcnun rolunda Xalq artisti Mənsum İbrahimov, Leyli rolunda Arzu Əliyeva, digər rollarda Aytən Məhərrəmova, Afaq Ağayeva Taleh Yahyayeva, Elnur Zeynalov, əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov, Sabir Əliyev, Elçin Həşimov, Elnur Əhmədov və Nəzər Bəylərov çıxış edirdilər.

 

Savalan

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.8.