Gənc ifaçının konserti

 

Sentyabrın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı, skripka ifaçısı Kamran Ömərlinin solo konserti keçirildi.

Konsert proqramının dərs ilinin əvvəlində baş tutması xüsusi önəm kəsb edirdi. Beynəlxalq müsabiqələr laureatı, İspaniyanın Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alan istedadlı ifaçı vətəndə olduğu müddətdə tələbələrin yeni tədris ilinə musiqi hədiyyəsi etmiş oldu. Kamran Ömərli L.V.Bethovenin skripkapiano üçün 3 saylı sonata, F.KreislerinVyana kaprisi”, E.Qriqin skripkapiano üçün sonatasını ifa etdi.

Qeyd edək ki, bu il gənc ifaçı üçün uğurlu olub. Sənət uğurlarını bizimlə bölüşən Kamran bildirdi ki, apreldə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7 Qlobal Forumunun qonaqları üçün Heydər Əliyev Sarayında təşkil edilən qala gecədə çıxışı onun üçün unudulmaz anlarla yadda qalıb. Bu konsertdə o, ilk dəfə XVIII əsr italyan skripka ustası Paqanini tərəfindən hazırlanan alətlə çıxış edib.

Bu ilin mayında Kamran İspaniyanın Dövlət TeleviziyaRadio Korporasiyasına klassik musiqi proqramlarına dəvət alıb. İyun ayında isə təhsilində fərqləndiyinə, imtahanda göstərdiyi yüksək nəticələrə görə İspaniya Kraliçasının “Fərqlənmə diplomuna layiq görülüb.

Kamran bütün bu nailiyyətlərində ona dəstək olan Heydər Əliyev Fonduna və Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi.

Konsertin sonunda Bakı Musiqi Akademiyasının simli alətlər kafedrasının professoru Nəzmiyyə Abbaszadə Kamranın çıxışını yüksək qiymətləndirdi və gənc ifaçıya gələcək fəaliyyətində uğurlar arzuladı.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.10.