Azərbaycan şəhərciyi: “I love Bakubrendi ziyarətçilərin diqqətini daha çox cəlb edir

Parisin mərkəzində, Eyfel qülləsinin yanında açılmış və Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri olan “Azərbaycan şəhərciyi fransızların və bu şəhərdəki turistlərin sevimli məkanına çevrilib. Jofr meydanında yerləşən “Azərbaycan şəhərciyi”ndə ölkəmiz, onun tarixi və mədəniyyəti, adət-ənənələri, müasir həyatı ilə yaxından tanış olmaq mümkündür.

2014-cü ildən etibarən artıq 3-cü ildir ki, reallaşdırılan layihə Fransa sakinləri və turistlər arasında böyük maraq doğurduğundan bu dəfə “Azərbaycan şəhərciyi”nin konsepsiyası genişləndirilib.

Şəhərcikdə qonaqlara Azərbaycanın ilk rəsmi hədiyyə və suvenir brendi olan “I Love Baku” təqdim olunur. Bu bölmədə milli ənənələrimizdən qaynaqlanaraq müasir zövqü oxşayan müxtəlif suvenirlər əldə etmək olar.

“I love Baku” ölkəmizin tanınmış ilk hədiyyə suvenir brendidir. Brendin adət-ənənələrimizi əks etdirən hədiyyə suvenirləri ziyarətçilərin diqqətini daha çox cəlb edir. Brendin suvenirləri üzərində Qobustan petroqrifləri, Azərbaycan xalçaçılıq motivləri, qədim miniatürlərimiz əks olunur.

Bu gün “I love Baku” stendinin qonaqları arasında gənc istedadlı rəssam Məryəm Ələkbərli olub.

Şəhərciyin kitabxana zonasında ziyarətçilərin ölkə barədə təəssüratları bir qədər zənginləşir. Burada Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri nümayiş etdirilir qonaqlara hədiyyə olunur.

Şəhərcikdə milli mətbəx ənənələrini təbliğ edən Heydər Əliyev FondununAzərbaycan mətbəx mədəniyyətiadlı yeni nəşrində yer alan şəkillərin müəllifi Fransada yaşayan tanınmış amerikalı fotoqraf Peter Lippmanndır.

Azərbaycan şəhərciyi”ndə ilk dəfə olaraqQız qalasıBeynəlxalq İncəsənət Festivalı da təşkil olunub. Festival 2013-cü ildə Kann şəhərindən sonra ikinci dəfədir ki, Azərbaycandan kənarda keçirilir. Bu dəfə Parisdə təşkil olunan VII “Qız qalasıfestivalı zamanı 4 fransız 2 azərbaycanlı rəssamın əl işi olanQız qalasımaketləri sərgilənir.

Şəhərciyin ziyarətçiləri gündən-günə artır. Sentyabrın 25-dək şəhərcik fəaliyyətini davam etdirəcək.

 

Şəhla Ağalarova

 

AZƏRTAC-ın xüsusi müxbiri

 

Paris

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.12.