Bölgələrdə “Milli musiqi günüqeyd olunub

 

 

Oğuz rayon Uşaq musiqi məktəbi və Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 131-ci ildönümüMilli musiqi günü münasibətilə tədbir keçirilib.

Tədbirin aparıcıları N.Manafova və A.Fərzəliyeva, Mərkəzi kitabxananın oxu zalının müdiri İ.Rəhmətullayeva, Metodikabiblioqrafiya şöbəsinin metodisti Q.Malıyeva, musiqi məktəbinin direktoru N.Bəbirov dahi bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər. Uşaq musiqi məktəbi kollektivinin hazırladığı proqramda bəstəkarın “Koroğlu” operasından uvertüra, “Cəngi”, musiqi məktəbinin müəllimi H.Malıyevin ifasında “Sevgili çanan” romansı səslənib.

 

* * *

Neftçala rayon Mərkəzi kitabxanasında “Üzeyir işığında” adlı məlumat günü keçirilib. Kitabxananın əməkdaşı F.Ələkbərli dahi bəstəkar, peşəkar musiqimizin banisi Ü.Hacıbəylinin zəngin yaradıcılığından bəhs edib, mövzu ilə bağlı videoçarx nümayiş olunub.

* * *

 

Qusar rayon Mərkəzi kitabxanasında “18 sentyabr - Milli musiqi günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə MKS-nin direktoru Zahir Mustafayev və digər çıxış edənlər dahi bəstəkar Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafı sahəsində əvəzedilməz rolunu qeyd edib, yaradıcılığından söz açıblar. Tədbir bədii kompozisiya ilə davam edib.

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.11.