Gənc rəssamın
yaradıcılıq axtarışları
İncəsənət Allahın insana bəxş etdiyi və insanın öz hislərini ifadə etmək üçün istifadə etdiyi ən mühüm vasitədir. İllər keçdikcə incəsənətdə yeni növlər, janrlar, texnika və üslublar yaranır. Rəssam Zərnişan Yusif bu sahədə daima yeniliklər axtaran yaradıcı gənclərdən biridir.
O, 1985-ci ildə Bakıda anadan olub. 2003-2007-ci
illərdə Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyasının Memarlıq
və dizayn fakültəsində bakalavr,
2007-2009-cu illərdə isə
magistr təhsili alıb. 2009-cu ildən
Azərbaycan Rəssamlar
İttifaqının “Gənc
rəssamlar və sənətşünaslar birliyi”nin üzvüdür.
Daha çox
qarışıq texnikada
işləməyi sevən
rəssam rənglərdən
(ən çox akril və sprey),
rəngli kağızlardan,
fotolardan və s. istifadə edir - bir sözlə, “kollaj” texnikasında işləyir.
Rəssamın ən çox istifadə etdiyi rənglər qara, zoğalı, boz və ağdır. Onun əl
işlərində hiperrealizm
və kubizm cərəyanlarının təsirini
görərik. Yaradıcılığında silsilə xarakterli
əsərlər mühüm
yer tutur.
Qədim Bakı mövzusu Azərbaycanın görkəmli
qrafika ustaları Əzim Əzimzadənin, Ələkbər Rzaquliyevin
silsilə əsərlərində
və zaman-zaman digər rəssamlarımızın
yaradıcılığında öz bədii əksini tapıb. Z.Yusif “Qədim
Bakı” silsiləsində
doğma vətənin
döyünən ürəyi
Bakının Qız qalasını, milli geyimlərimizi, naxışlarımızı,
gözəl xanımları
təsvir edib. Bu silsilədən hər bir əsərində
Bakıya aid simvolları
göstərməyə, şəhəri
hər fəsildə təsvir etməyə çalışıb.
Gənc rəssam Azərbaycan mədəniyyətini və
tarixini əks etdirən “Qobustan” silsilə əsərlərində
rəngli kağızlardan,
akril boyalardan istifadə edərək kətan üzərində
maraqlı bir kompozisiya yaradıb. Burada petroqliflər
sanki canlı təsvir olunub. Müəllif işıq-kölgədən istifadə edərək qədim insanların yaşam tərzini canlandırıb.
Rəssamın Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı faciəsinə həsr etdiyi triptix də çox maraqlıdır. Bu kompozisiyada
qırmızı və
qara rənglərin ziddiyyətlərini, güllə
izlərini təsvir etməklə rəssam bu faciənin dəhşətini çatdırır.
Qanın
içərisində insan
əlinin təsviri kompozisiyanın əsas diqqətçəkən nöqtəsidir.
“Müharibə və sülh” kompozisiyasında ağ rəng
sülhün, qırmızı
rəng müharibənin
simvolu kimi verilib. Rəssamın “Apokalipsis”, ”Quşlar”,
”Musiqi” kimi maraqlı işlərini də qeyd etmək
olar.
Zərnişan Yusif “Tolerant Azərbaycan
gənci” və “Gənc istedad-2012” müsabiqələrində
rəngkarlıq nominasiyası
üzrə birinci yerə, 2011-2014-cü illərdə
Azərbaycan Rəssamlar
İttifaqının təqaüdünə
layiq görülüb.
Emil Ağayev
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin tələbəsi
Mədəniyyət.- 2016.- 21
sentyabr.- S.12.