İran sənətçiləri Lənkəran teatrında olublar

 

 

II Şəki Beynəlxalq Teatr Festivalında iştirak edən İranın “Neğab” teatrının heyəti Lənkəran Dövlət Dram Teatrının qonağı olub. Teatrda yaradılmış şəraitlə tanışlıqdan sonra truppanın üzvləri ilə görüş keçirilib. Görüş zamanı iranlı sənətçilərə Lənkəran teatrının yaradıcılıq fəaliyyəti, son illər əldə etdiyi uğurlar barədə məlumat verilib.

Neğab” teatrının rejissoru Xeyrullah Təğiyənipur isə öz növbəsində Şəki festivalı barəsində təəssüratlarını bölüşüb, tədbirin ölkələr arasında mədəni əlaqələrdə əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşün sonunda Lənkəran Dövlət Dram Teatrının təsis etdiyiMövsümün ən yaxşı quruluşçu rejissoru” nominasiyası üzrə diplomİlan Sultan” tamaşasına görə iranlı rejissor Xeyrullah Təğiyənipura təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.12.