Musiqili Teatrda yeni mövsümün ilk premyerası

 

Azərbaycan Dövlət Musiqili Teatrında yeni, 107-ci mövsümün ilk premyerası olacaq. Oktyabrın 1-də Əli Səmədlinin УMeşə çaqqalsız olmazФ musiqili nağıl-tamaşası balaca tamaşaçılara təqdim olunacaq.

Səhnə əsərinin əsas məqsədlərindən biri uşaqlarda mübarizə əzminin, vətənpərvərlik hissinin aşılanmasıdır. Maraqlı, dinamik süjet xətti olan tamaşa əslində dolayısı ilə erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır.

Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissoru Elməddin Dadaşov, rejissor assistenti Tamilla Aslanova, geyim üzrə rəssamı Yelena Almazovadır.

Rolları gənc aktyorlar Əmrah Dadaşov, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və Cəlalə Novruzlu ifa edəcəklər.

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.5.