Müalicə turizminə il boyu böyük tələbat var

 

 

Xəbər verdiyimiz kimi, 19-21 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Beynəlxalq səhiyyə sərgisində (“BIHE 2016”) Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi də təmsil olunub.

Assosiasiya artıq üç ildir ki, tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbirinə qatılır. Bu gün biz Azərbaycanın ondan artıq kurort və sanatoriyasını birləşdiririk. Onlardan bir çoxu - Naftalan, Duzdağ postsovet məkanında kifayət qədər yaxşı tanınır. Bəziləri isə əvvəlki baza əsasında Qəbələ, Qax, Siyəzən və digər rayonlarda yenidən qurulub”.

Bu fikirləri Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev deyib.

O, dünyanın müxtəlif ölkələrini təmsil edən ixtisaslaşmış təşkilatlarla fəal əməkdaşlıq etdiklərini bildirib. Budəfəki sərgi çərçivəsində Belarus və Türkiyəni təmsil edən tərəfdaşlarla görüşlər keçirilib: “Qarşıya hədəf qoymuşuq ki, müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayını 25-30 faiz artıraq. Mövsümdən asılı olmayaraq, müalicə turizminə il boyu böyük tələbat var".

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.9.