Balaban üçün ilk simfonik əsər

 

 

Bəstəkar İlyas Mirzəyevin əsəri tanınmış sənətçi Əlixan Səmədovun ifası üçün nəzərdə tutulub

 

İstanbulda yaşayan azərbaycanlı bəstəkar İlyas MirzəyevBalaban konsertiadlı simfonik əsər üzərində çalışır. Əsər Türkiyədə yaşayan tanınmış balaban ifaçısı, Əməkdar artist Əlixan Səmədovun ifası üçün nəzərdə tutulub.

Bu haqda qəzetimizə bilgi verən Ə.Səmədov bildirib ki, dünyanın çox ölkəsində olarkən balaban üçün yazılmış əsərlər ifa etməyimi, simfonik orkestrlə konsertlərimi istəyirlər: “Mən bu istəyi İlyas bəyə dedim, razılaşdıq. Bu əsər nəinki Azərbaycan, eləcə dünya tarixində balaban üçün yazılmış ilk simfonik əsər olacaq. Artıq əsərin bir bölümü üzərində başa çatıb, indi növbəti bölüm üzərində işləyirik. Bununla da balaban dünyanın çox ölkəsində müxtəlif simfonik orkestrlərdə səslənəcək.”

 

Soltan

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.10.