Ukraynalı balet ulduzları Bakı səhnəsində

 

 

Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində Adolf Adanın “Jizelbaleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində baş rolda Ukrayna Milli Opera Teatrının prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcək. Onun tərəf-müqabili kimi Qraf Albertin partiyasını ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski ifa edəcək. Mirta rolunu isə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının balet truppasının gənc solisti Ayan Eyvazova canlandıracaq.

Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.10.