Zərif qəlbli məğrur yazıçı

 

 

XX əsr Azərbaycan nəsrində öz dəst-xətti ilə seçilən, müraciət etdiyi həyati mövzularla oxucuların rəğbətini qazanan ədiblərdən biri də yazıçı, tərcüməçi, ssenarist, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayeva olub.

Ələviyyə Hənifə qızı Babayeva 1921-ci il avqustun 12-də Bakıda dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Tibb İnstitutuna qəbul olunur. Üçüncü kursda oxuyarkən hiss edir ki, qəlbində həkimlik sənəti yox, ədəbiyyat, şeir çağlayır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Ələviyyə tələbə ikən ədəbi yaradıcılığa dərin maraq göstərir. Mətbuatda tez-tez məqalələrlə çıxış edir. Təhsilini başa vurduqdan sonra, 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə işə düzəlir. Bu dövrdə “İki həyat” adlı ilk hekayəsi dərc olunur.

Ələviyyə Babayeva daha sonra “Azərbaycan qadını” jurnalında fəaliyyətə başlayır. Bir müddət keçir, Azərbaycan Yazıçılar Birliyində tərcümə bölməsinin rəhbəri təyin edilir.

Yazıçının 1950-ci ildə çap olunan “Mənim müəlliməm” adlı ilk kitabı ona oxucu rəğbəti qazandırır. Onun “Bəlkə sabah olmadı”, “Son döngə” kimi romanları Azərbaycan nəsrinə yeni nəfəs gətirir. “Rəngbərəng yuxularpovestioxucular tərəfindən maraqla qarşılanır. 1964-cü ildə müəllifin “Kölgə” povesti işıq üzü görür. Görkəmli ədəbiyyatşünas, professor Əkrəm Cəfər yazıçının yaradıcılığını yüksək qiymətləndirərək yazırdı: “Elmi-bədii ədəbiyyat əsəri necə olar? Əgər məndən bunu soruşsaydılar, deyərdim: “Gedin, Ələviyyənin əsərlərini oxuyun”.

70-ci illərin əvvəllərində Ə.Babayevanın “Adamlar və talelər” romanı çapdan çıxır. Ədəbi aləmdə geniş əks-səda doğuran əsər sonradan təkrar-təkrar nəşr olunur. Müəllif romanda yaradıcılıq imkanlarını yüksək səviyyədə ortaya qoymağa nail olmuşdu. O, əsərdə böyük inamla yazırdı: “Bizim çətin əsrimizdə ən çətini insan olmaqdır. İstər alim, istər sənətkar ol, istər xəstə baxıcısı ol, fərqi yoxdur. Əgər sən qürurla səslənən insan adına layiq deyilsənsə, heç bir şeysən”.

Dövri mətbuatda roman haqqında bir-birindən maraqlı resenziyalar dərc olunur. Bildirilir ki, əgər Ə.Babayeva heç bir əsər yazmasaydı belə, “Adamlar talelərromanı ilə Azərbaycan ədəbiyyatı tarixində iz qoyardı...

Onun hekayələri oxucuların qəlbinə yol tapır, geniş yayılırdı. Hətta bu hekayələrin səsi-sorağı respublikanın hüdudlarını da aşır. 60-70-ci illərin məşhur türk yazıçısı Suat Dərviş Türkiyədə bir qrup azərbaycanlı gənclə görüşündə belə bir fikir səsləndirir: “Mən Ələviyyə Babayevanın hekayələrini oxumuşam. Ona mənim salamımı çatdırın. Hekayələr mənə çox maraqlı təsir bağışlayıb. O, gələcəyin böyük romançısı olacaq”.

Doğrudan da, Ə.Babayeva nəinki SSRİ-, hətta onun hüdudlarından çox-çox uzaqlarda da tanınır sevilirdi. Müəllifin kitabları Rusiya, Çin, Fransa, İran, Yaponiya, Türkiyə, İsrail başqa ölkələrdə işıq üzü görür. YazıçınınKölgəpovesti 1968-ci ildə Bolqarıstanda çap olunur. Türk yazıçısı Kamal Tahir əsər haqqında xoş sözlər söyləyir: “Bolqarıstanda istirahətdə olduğum zaman Ələviyyə BabayevanınKölgəpovestini oxudum. Çox xoşuma gəldi yüksək dəyər verdim. Ələviyyə xanımın yazar əlini hörmətlə sıxıram”.

Tanınmış tənqidçi Qulu Xəlilov ədibin 1985-ci ildə işıq üzü görənSəni axtarıramromanınıhəqiqətən, yüksək vüsətli roman” adlandırıb. Jurnalistlərin həyatından bəhs edən əsər haqqında müəllif özü vaxtilə belə yazıb: “Mən jurnalist peşəsinin qədər çətin, qədər keşməkeşli qədər gərəkli, jurnalist adlanan adamların insanın səadəti, ədalətin bərqərar olması uğrunda mübarizə edən, bu yolda bəzən hətta səadətini itirən mərd qəhrəmanlar olduğunu qələmə almışam”.

Ə.Babayeva bədii yaradıcılıqla yanaşı, tərcüməyə maraq göstərib, rus yazıçılarından L.Tolstoy, İ.Turgenev, A.Çexov, M.Qorki, V.Korolenko, A.Qaydar başqalarının əsərlərini dilimizə çevirərək Azərbaycan oxucusuna sevdirib.

Taleyi qəhrəmanlarının həyatına bənzəyən Ələviyyə xanım Tanrının verdiyi ömür payını təmənnasız yaşayıb. Ahıl çağlarında ümummilli lider Heydər Əliyev ona Prezident təqaüdü verir. O, bu haqda yazır: “Yazıçılar Birliyindən Prezident təqaüdünə xeyli yazıçı təqdim edilir. Deyilənə görə, Heydər Əliyev siyahını başdan-ayağa oxuyur deyir: “Bəs Ələviyyə Babayevanın adı hanı?” Heç kəsin cavabını gözləmədən öz əli ilə adımı həmin siyahıya yazıb. Heydər Əliyev mənim yaradıcılığımı, mərdliyimi, cəsarətimi qiymətləndirirdi. Əsərlərimi oxuyurdu bəyənirdi”.

Ələviyyə Babayeva 23 sentyabr 2014-cü ildə, 93 yaşında dünyasını dəyişib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.12.