Musiqi festivalı çərçivəsində daha bir tədbir

 

 

Sentyabrın 27-də Leopold Mstislav Rostropoviçlərin ev-muzeyində Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib.

Muzeyin direktoru Şeyla Heydərova dahi bəstəkarın həyat yaradıcılığı haqqında danışarkən qeyd edib ki, Üzeyir Hacıbəyli mədəniyyətimizə əvəzsiz töhfələr verib. Onun əsərləri Azərbaycan və dünya musiqisi xəzinəsini zənginləşdirib.

Sonra beynəlxalq və milli müsabiqələrin qaliblərinin iştirakı ilə konsert keçirilib. Konsertdə Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin tələbələri Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev, T.Quliyev və digər bəstəkarların əsərlərini səsləndiriblər.

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.4.