Fortepiano musiqisi axşamı

 

Sentyabrın 26-da Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Əməkdar artist, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyarovanın solo konserti keçirilib. Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının musiqiləri səsləndirilib.

Gecədə pianoçunun Belçikanın ETCETERA şirkətində yazılan "Nərgiz Əliyarova Azərbaycan musiqisini ifa edir" adlı yeni kompakt diski təqdim olunub. Şirkət tərəfindən hazırda dünyanın müxtəlif ölkələrində həmin diskin satışı həyata keçirilir.

Müəllif üç musiqi diskinin AlmaniyadaHollandiyada yazıldığını və Belçikada disklərinin təqdimatının keçirildiyini söyləyib.

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.6.