Region teatrlarında yeni mövsüm başlayıb

 

 

Paytaxt teatrları ilə bərabər regionlardakı teatr ocaqları da yeni mövsümün açılışını ediblər. Xəbər verdiyimiz kimi, Qazax Dövlət Dram Teatrı 79-cu teatr mövsümünü sentyabrın 20-də Cəfər Cabbarlının "Solğun çiçəklər" tamaşasının premyerası ilə açıb. Tamaşaya Xalq artisti Zülfüqar Abbasov quruluş verib.

 

Ağdam teatrındaQaçaq qocalar"

 

Sentyabrın 22-də Ağdam Dövlət Dram Teatrında yeni mövsümün açılışı olub. Yaradıcı kollektiv tamaşaçıların görüşünə Elçin HüseynbəylininQaçaq qocalar" əsəri ilə gəlib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist S.Əliyev, quruluşçu rəssamı E.Balakişiyev, musiqi tərtibatçısı A.Şükürovdur. Rolları N.Əsgəroğlu, S.Quliyev F.Yusifova ifa ediblər.

Tamaşadan öncə teatrın direktoru M.Hüseynov çıxış edərək yeni mövsümdə hazırlanacaq səhnə əsərləri, yeni layihələr haqqında məlumat verib.

 

Lənkəranda sənətsevərləri yeni səhnə əsərləri gözləyir

 

Sentyabrın 24-də Lənkəran Dövlət Dram Teatrı özünün 126-cı mövsümünə başlayıb. Bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev, aparıcı aktrisalar - Xalq artisti Böyükxanım Əliyeva Şahrud Mehdiyeva çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, yeni mövsümdə qarşıda duran vəzifələrdən danışıblar.

Bildirilib ki, bu il truppa Bəhram Beyzayininİlan Sultan” tamaşası ilə İranda keçirilən beynəlxalq festivalda mükafata layiq görülüb. Kollektivin may ayında iki tamaşa ilə Bakıda sənətsevərlər qarşısında hesabat xarakterli çıxışı da maraq doğurub.

Hazırda Yuğ teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda M.F.AxundzadəninHacı Qarakomediyası tamaşaya hazırlanır. Bundan əlavə, italyan dramaturqu Lüidji LunarininÜç nəfər yelləncəkdə Abdulla ŞaiqinQoç Poladəsərləri üzərində gedir.

Açılış mərasimindən sonra Əli VəlioğlununƏsrlərin harayıtamaşası təqdim olunub. Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, dövlətin azad firavan şəraitdə bərqərar olması, amma sonda hökmdarın səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir.

Maraqla izlənilən tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Rolları əməkdar artistlər Təvəkkül Əliyev Sucəddin Mirzəyev, aktyorlar Əlibala Əsgərov, Niftulla Əsgərov, Aynur Əhmədova, Şəbnəm Hüseynova başqaları ifa ediblər.

 

Gəncə Kukla TeatrındaSəlim sehrbaz

 

Gəncə Dövlət Kukla Teatrı sentyabrın 22-də 31-ci mövsümünü Sahib İbrahimlininSəlim sehrbazəsərinin tamaşası ilə açıb. Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Fərmail Paşayev quruluş verib, quruluşçu rəssam Sara Məmmədovadır.

Rolları gənc aktrisa Nərmin Şərifova, əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov, eləcə Elmar Vəliyev, Nahidə Namazova, Yeganə Məmmədova, Səməd Xanəhmədov oynayıblar.

Tamaşa 3-8 yaş arası uşaqlar üçün nəzərdə tutulub.

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.7.