Ölkəmizin turizm imkanları Tokio sərgisində

 

Sentyabrın 22-dən 25-dək Tokio şəhərində "JATA Tourizm EXPO - 2016" beynəlxalq turizm sərgisi keçirilib. 170-dən çox ölkənin qatıldığı beynəlxalq sərgidə ölkəmiz də təmsil olunub.

 

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla VerdiyevaAl Travel, Gilan Travel, Geo Travel turizm şirkətlərinin nümayəndələri iştirak edib.

Sərgidə Azərbaycanın turizm imkanları 36 kvadratmetr sahədə qurulan stenddə nümayiş olunub. Stendimizin ziyarətçilərinə ölkəmizin turizm potensialını təbliğ edən ingilisyapon dillərində reklam-çap məhsulları təqdim edilib.

Builki sərgidə əsas mövzulardan biri Qara dəniz hövzəsi ölkələrinə həsr edilib. Azərbaycan da bu regionun mühüm ölkəsi kimi yaponiyalı turistlərin diqqətini çəkir. Sərgi çərçivəsində Yaponiyanın turizm şirkətləri və KİV nümayəndələri üçün ölkəmizin turizm potensialına həsr olunmuş təqdimat keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Verdiyeva bildirib ki, nazirlik tərəfindən təsdiq edilmiş turizm marketinqi strategiyası çərçivəsində aparılan məqsədyönlü nəticəsində yapon turistlərin Azərbaycana səfərlərinin sayı artıb. Sərgi çərçivəsində keçirilən seminarda Cross Border Club şirkətinin prezidenti Kazuyasu İşida ölkəmizin turizm potensialı barədə ətraflı məlumat verib. Bildirib ki, təbii əsrarəngizliyi, qədim tarixi abidələri, zəngin incəsənəti və mətbəx mədəniyyəti ilə seçilən Azərbaycanda son illər müasir turizm infrastrukturu yaradılıb.

Qeyd edək ki, Azərbaycan mövzusuna yerli media da maraqla yanaşıb. Sərgi ərəfəsində World Investors TV internet televiziyası ölkəmizin turizm potensialı barədə xüsusi veriliş yayımlayıb.

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.8.