Multikultural cəmiyyət və turizm

 

Dünya Turizm Günündə dəyirmi masa keçirildi

 

Sentyabrın 27-də paytaxtdakı "Holiday İnn" hotelində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Multikultural cəmiyyət və turizm mövzusunda dəyirmi masa keçirildi. Tədbir 2016-cı ilin ölkəmizdə Multikulturalizm ili elan olunması və Azərbaycanın DTT-yə üzv qəbul edilməsinin 15 illik yubileyinə həsr olunmuşdu. Tədbirdə Dünya Turizm Təşkilatının proqramlarkoordinasiya üzrə icraçı direktoru Zoltan Somogyi, Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı və digər qonaqlar iştirak edirdi.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dəyirmi masanı açaraq belə bir tədbirin Dünya Turizm Günü və Azərbaycanda turizm işçilərinin peşə bayramı günündə təşkil olunmasının əhəmiyyətini diqqətə çatdırdı.

Nazir ölkəmizdə turizm sahəsinin inkişafından danışaraq bildirdi ki, bu sahə hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələnib: "Bu yaxınlarda ölkə başçısının imzaladığı müvafiq sərəncamlar bir daha təsdiq edir ki, turizm sənayesinin inkişafı dövlətin prioritet istiqamətlərindəndir. Ölkəmizdə multikulturalizm və mədəniyyətlərarası dialoqun inkişafına da xüsusi önəm verilir. Azərbaycan bu baxımdan dünyada yüksək mövqeyə malikdir. Dövlət başçısı İlham Əliyev tərəfindən 2016-cı ilin Multikulturalizm ili elan olunması Azərbaycanda tarixi tolerantlıq ənənələrinin davam etdiyini göstərir.

Vurğulandı ki, bu gün Azərbaycan dünyada multikultural ənənələri özündə birləşdirən və yaşadan ölkə kimi tanınır. Bunun nəticəsi olaraq dövlət başçısının təşəbbüsü və himayəsi ilə Bakıda iki ildən bir mədəniyyətlərarası dialoq forumu keçirilir. Nazir bu ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə keçdiyini də diqqətə çatdırdı.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla qonaqları salamlayaraq multikulturalizm ənənələrindən söz açdı: Azərbaycan multikulturalizmindən danışarkən ulu öndər Heydər Əliyevin Multikulturalizm Azərbaycan xalqının canına, qanına xas olan bir dəyərdir sözlərindən çıxış edirik. Dövlət başçısı İlham Əliyevin xalqın milli dəyərlərinə sadiq qalaraq 2016-cı ili Multikultralizm ili elan etməsi dövlətimizin hər bir vətəndaşının dünya dəyərlərinə hörmət etməsinin göstəricisidir. Azərbaycan multikultralizmi Portuqaliyadan İndoneziyayadək olan ölkələrin universitetlərində tədris edilir. Bu da xalqımızın mədəniyyətinin, ictimai-siyasi həyatının, ədəbiyyatının, dilinindinin öyrənilməsi deməkdir. Bu gün Avropanın bir sıra ölkələri multikulturalizmdən imtina edib. Bu, multikultralizmə olan bədbin münasibətin nəticəsidir. Azərbaycanın dövlət başçısının multikulturalizmi dövlət siyasəti elan etməsi multikultral həyatın nikbin ruhunu müəyyənləşdirir. Multikultral cəmiyyətdə turizmin inkişafı və bu yöndə atılan addımlar da təqdirəlayiqdir, alqışlanası addımlardır.

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının proqramlarkoordinasiya üzrə icraçı direktoru Zoltan Somogyi tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Azərbaycana beşinci dəfədir gəldiyini deyən qonaq qeyd etdi ki, son zamanlar ölkənin turizm sahəsində əldə etdiyi uğurlar danılmazdır. Prezident İlham Əliyevin bu sahənin inkişafına dəstək məqsədilə imzaladığı sərəncamlarının əhəmiyyətini yüksək qiymətləndirən Z.Somogyi 27 sentyabrın Azərbaycanda Turizm işçiləri günü kimi qeyd olunmasının təqdirəlayiq olduğunu bildirdi.

DTT təmsilçisinin sözlərinə görə, bu ilin ilk yarısında dünya turizmində 5 faiz artım müşahidə olunub. Turizm sənayesinin inkişafı üçün təhlükəsizlik mexanizmləri xüsusilə vacibdir. 2015-ci ildə dünya üzrə 1,1 milyard insan turist səfərinə çıxıb. Turizmin inkişafı üçün dünyada sülhün bərqərar olması vacib amildir.

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı iki ölkə arasında əməkdaşlığa toxunaraq vurğuladı ki, bu gün Azərbaycanda hər sahədə inkişaf var, bu, turizm sahəsində də özünü göstərir. Türkiyənin və Azərbaycanın zəngin mədəniyyətə sahib olduğunu bildirən qonaq, dünyada mədəniyyətlərarası dialoqun əhəmiyyətindən və Azərbaycanda multikultral dəyərlərdən danışdı. Türkiyəli nazir iki ölkə arasında əlaqələrin güclənməsi istiqamətində bütün sahələrdə, o cümlədən mədəniyyət və turizm sahəsində daha da güclü əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırdı.

Tədbirdə bu ilin aprelində Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu əks etdirən videoçarx nümayiş olundu.

Sonra dəyirmi masa panel iclasları ilə işini davam etdirdi.

* * *

Multikulturalizmin turizmdə rolu adlı panel iclasda çıxış edən ABŞ-ın Visconsin-Stout Universitetinin fəxri professoru Cəfər Cəfəri multikulturalizmturizmin qarşılıqlı inkişaf etməsinin vacibliyini diqqətə çatdırdı: "Bu gün dünyada qarşılıqlı mədəni əlaqələrin inkişafı üçün qarşılıqlı anlaşma olduqca vacibdir. Çünki qarşılıqlı anlaşmanın, mədəniyyətlərarası dialoqun mövcud olmadığı yerdə heç zaman turizm inkişaf edə bilməz. Multikultural cəmiyyət sülhünsabitliyin başlıca qarantıdır. Sülhsabitlik olduğu yerdə inkişafa zəmin yaradır. Bu sahədə Azərbaycan hökumətinin atdığı addımlar olduqca təqdirəlayiqdir".

Dünya Turizm Gününü 200 milyondan artıq insanın peşə bayramı kimi qeyd etdiyini deyən C.Cəfəri Azərbaycanın da dünya turizm sənayesinə sürətlə inteqrasiya etdiyini vurğuladı.

Böyük Britaniyanın Koventri Universitetinin professoru, İctimai Birlik İnstitutunun icraçı direktoru Mayk Hardi multikulturalizmturizmin inkişafında müasir mədəni proseslərin, mədəni əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd etdi. Bildirdi ki müasir dövrdə cəmiyyətin həyatı daha çox sosiallaşmağa doğru sürətlə inkişaf edir, bunun nəticəsində "qlobal vətəndaşlıq" termini meydana gəlib.

Daha sonra çıxış edən Dünya Turist Bələdçiləri Assosiasiyasının prezidenti Felicitas Vressniq və "Qlobal Compas"ın təsisçisi və icraçı direktoru Jan-Kristof Bas multikultralizmin inkişaf etdirilməsinin dövlətlər və xalqlar arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində böyük fayda verdiyini diqqətə çatdırdılar. Bu sahədə də Azərbaycanın tarixən formalaşmış böyük ənənələrə sahib olduğu vurğulandı.

Dəyirmi masa Mədəniyyətlər arasında tolerantlıq və anlaşmanın inkişafında turizmin rolu mövzusunda ikinci panel iclası ilə işini başa vurdu.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.9.