Bölgələrdə “Turizm günü” tədbirləri

 

 

Sentyabrın 27-də Lənkəran Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə rayon Mərkəzi kitabxanasında Turizm işçiləri gününə həsr olunmuş tədbir keçirilib.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov ölkəmizdə turizm sahəsində görülən işlərdən danışıb. Tədbirdə Azərbaycanın turizm potensialını nümayiş etdirən videoçarxlar və mərkəzin sifarişi ilə çəkilmiş “Lənkəranı fərqli kəşf edək” turizm tanıtım videoçarxı nümayiş olunub, iştirakçılara rayonun turizm potensialını təbliğ edən bukletlər və təqvimlər paylanılıb.

* * *

Siyəzən rayon Mədəniyyət mərkəzində 27 sentyabr - Azərbaycan turizm işçilərinin peşə bayramı və Dünya Turizm Günü münasibətilə dəyirmi masa keçirilib.

Tədbirdə Mədəniyyət və Turizm şöbəsinin müdiri Zəminə Qədirli, Mədəniyyət mərkəzinin direktoru Ziyadə Dadaşova, Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova, Uşaq incəsənət məktəbinin direktoru Rəhim Bağırov, abidə mühafizəçisi Mahir Ağayev və başqaları çıxış edib.

* * *

Şirvan Dövlət Rəsm Qalereyası şəhər Tarix-diyarşünaslıq muzeyində “Azərbaycan təbiəti və tarixi abidələri turistlərin gözündə” adlı səyyar sərgi təşkil edib. Sərgidə qalereyanın dərnək üzvlərinin 30-dan artıq rəsmi nümayiş olunub.

* * *

Astara şəhərindəki Heydər Əliyev Mərkəzində də Turizm işçiləri gününə həsr olunmuş sərgi təşkil olunub. Mərkəzin direktoru Kübra Səmədova ölkəmizdə turizm sektorunun inkişafı istiqamətində görülən işlərdən söhbət açıb.

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.9.