Belqradda Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının konqresi

 

 

Serbiyanın paytaxtı Belqradda Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresi keçirilir. Tədbirdə assosiasiyanın Azərbaycan bölməsinin sədri, sənətşünaslıq doktoru Məryəm Əlizadə və assosiasiyanın üzvü professor İsrafil İsrafilov iştirak edirlər.

Oktyabrın 2-dək davam edəcək beynəlxalq tədbirə 70-dən çox ölkədən nümayəndələr qatılıb. Konqres çərçivəsində “Yenilikqlobal teatr: kommersiya və mədəni tələbat arasında” mövzusunda beynəlxalq simpozium da keçiriləcək.

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.13.