Amerika musiqisinin elçiləri” Azərbaycanda

 

 

ABŞ-ın Azərbaycandakı səfirliyi 20-30 sentyabr tarixində “Amerika musiqisinin elçiləri” proqramı çərçivəsində “Matutomusiqi qrupunun ölkəmizə səfərini təşkil edib. Musiqi qrupu iki həftə ərzində altı konsert proqramı ilə çıxış edəcək. Qrupun ilk konserti sentyabrın 22-də Bakı Musiqi Akademiyasında baş tutub.

Sentyabrın 25-də paytaxtdakı “Gənclik Mallda amerikalı musiqiçilərin növbəti konserti keçirildi. Zövqoxşayan musiqi tamaşaçıların alqışları və rəqsləri ilə müşayiət olunurdu.

Matutoqrupunun musiqisi bütövlükdə rəqs üzərində qurulub. BraziliyaFoxo” rəqs elementləri və Amerikaya məxsus “Bluegrassmusiqi janrından mükəmməl şəkildə yaratdıqları ritm hər bir tamaşaçını dərhal rəqs etməyə sövq edir. Braziliya musiqisinin latın kökləri ilə Amerikanın cənub folklor ənənələri harmoniya yaradır.

2011-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Womex” Beynəlxalq musiqi konfransında “Matutoqrupunun möhtəşəm səhnə şousu onlara böyük uğur qazandırıb. Bundan başqa, qrup 2012-ci ildə ABŞ Dövlət DepartamentininAmerika musiqisinin elçiləri” proqramı üzrə Avropa ölkələrində, Braziliyada konsertlərlə çıxış edib.

Birləşmiş Ştatların Bakıdakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Emi Pitersen qəzetimizə verdiyi açıqlamada Azərbaycanda ilk dəfə çıxış edən “Matutoqrupunun səfərinin mədəniyyətlərarası anlaşmanın güclənməsinə töhfə olacağını bildirdi: “Amerika səfirliyi olaraq Bakıda möhtəşəm konsert proqramı təşkil etdik, iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etməsinə yeni töhfə vermiş olduq. İzləyicilərin reaksiyası, onların rəqsi də göstərdi ki, bu qrup Azərbaycan tamaşaçısının zövqünü oxşaya bildibiz seçimimizdə yanılmadıq. Qrupun Mingəçevir və Gəncəyə də səfəri planlaşdırılıb. Səfər zamanı konsertlərlə bərabər yerli musiqiçilər üçün ustad dərsləri də təşkil ediləcək. Bütün çıxışlar pulsuz və ictimaiyyət üçün açıq olacaq”.

Qeyd edək ki, qrupun sentyabrın 28-də Mingəçevir Dövlət Dram Teatrında, 29-da isə Gəncədə, Gəncəçay park-bulvarında çıxışı olacaq.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.16.