Türkün inancı, tarixin qazancı

 

Azərbaycan Xalça Muzeyində xalça kəsimi mərasimi

 

Azərbaycan Xalça Muzeyində Türkün inancı, tarixin qazancı adlı xalçanın kəsim mərasimi keçirilib. Türk dünyasının ortaq dili - naxışlar adlı beynəlxalq simpoziumun simvolu olan xalça xalçaçı-rəssam Taryel Bəşirovun eskizi əsasında, muzeyin toxucuları tərəfindən toxunub.

Mərasimdə Xalça Muzeyinin direktoru Şirin Məlikova, Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, muzeyin xalçaçı-rəssamı Taryel Bəşirov, Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpek, TürkPA-nın baş katibi Jandos Asanov çıxış ediblər.

Qeyd edək ki, Türk dünyasının ortaq dili - naxışlar simpoziumu iyunun 2-3-də Azərbaycan Xalça Muzeyində keçirilib.

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.4.