Musiqili TeatrdaToya bir gün qalmış

 

 

Azərbaycan Dövlət Musiqili Teatrında tamaşaçıların rəğbətini qazanmış Əli SəmədlininToya bir gün qalmışikihissəli komediyası 30 sentyabrda yenidən nümayiş olunacaq.

Tamaşada baş qəhrəmanı - Qadın obrazını canlandıran Xalq artisti Afaq Bəşirqızı səhhəti ilə əlaqədar yaranmış uzun fasilədən sonra növbəti dəfə səhnəyə çıxacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Səmədovadır.

Tamaşada xorbalet truppasının artistləri ilə yanaşı, əsas rolları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova və başqaları ifa edir. Musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov ifa edir. O həm də tamaşanın musiqi rəhbəridir.

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.5.