Mingəçevir Turizm Kollecində peşə bayramı

 

 

27 sentyabr - Azərbaycanda turizm işçilərinin peşə bayramı günü Mingəçevir Turizm Kollecində təntənə ilə qeyd edilib.

Bu münasibətlə kollec tələbələri arasında rəsm inşa yazı müsabiqələri keçirilib, divar qəzetlərinin xüsusi buraxılışları hazırlanıb, elmi-nəzəri konfrans təşkil olunub.

Kollecin həyətində keçirilən izdihamlı tədbirdə tədris ocağının direktoru Əyyub Əyyubov turizm işçilərinin peşə bayramı münasibətilə kollektivə ən xoş arzularını çatdırıb. Direktor ölkə başçısının 1 sentyabr tarixində imzaladığıAzərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqındasərəncamı turizmin gələcəyi baxımından yeni yol xəritəsi kimi xarakterizə edib.

Pedaqoqlar Aynurə Abbasova, Sevda Kərimova, Vüqar Baxışov, Elşad Səmədov, İqbal Xudiyev Əşrəf ƏsgərovAzərbaycan turizminin inkişafında beynəlxalq səviyyəli tədbirlərin rolu”, “Azərbaycanın turizm palitrası”, “Azərbaycanda mehmanxanaların bu günü gələcəyi”, ”Azərbaycanın modern dövlət quruculuğunda turizmin yeri rolu”, “Regionların sosial-iqtisadi inkişafında turizmin roluAzərbaycan poeziyasında turizmə çağırış motivlərimövzularında məruzələrlə çıxış ediblər.

Turizm günü təntənələri bədii özfəaliyyət kollektivinin bayram proqramı ilə başa çatıb.

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.9.