Qazaxıstanlı deputat Milli Kitabxanada olub

 

 

Sentyabrın 23-də Qazaxıstan Respublikası Parlamentinin deputatı, professor Nurlan Dülambekov Azərbaycan Milli Kitabxanasında olub. Qonağı kitabxananın direktoru Kərim Tahirov qəbul edərək, görüşdən məmnunluğunu bildirib, kitabxana haqqında ətraflı məlumat verib.

Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova qonağı kitabxana, eləcə Açıq kitabxanaguşəsi ilə tanış edib, ona kitabxananın fondu xidmət sahələri haqqında məlumat verib.

Sonda qazaxıstanlı deputataQobustan - minilliklərin kitabı” (Azərbaycan və rus dillərində) və “Azərbaycan Milli Kitabxanası” fotoalbomu (Azərbaycan, ingilisrus dillərində) hədiyyə edilib.

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.10.