Tanınmış rəssamın "Xatirələrim" sərgisi

 

 

Oktyabrın 14-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam İntiqam Ağayevin "Xatirələrim" adlı fərdi sərgisi açılacaq.

İ.Ağayev 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1989-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərlərində əsasən Abşeron təbiəti və mədəniyyəti, qədim Bakı özünəməxsus rəng çalarları ilə təsvir olunub. Əsərləri muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.16.