Ağcabədili uşaqların bayram sevinci

Ağcabədi rayonunda da uşaqlar üçün rəngarəng Yeni il şənlikləri təşkil edilib. Mədəniyyət evində Ağcabədi şəhər incəsənət məktəbinin şagirdləri tərəfindən təqdim edilən “Qış nağılı” adlı növbəti şənlikdə 1, 5, 7 və 12 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Şaxta baba, Qar qız və nağıl qəhrəmanları uşaqları şənləndiriblər. Musiqi nömrələri, maraqlı səhnəciklər, əyləncəli oyunlar, rəqslərlə davam edən tədbirdə uşaqlara bayram hədiyyələri verilib.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 8.