Dünya azərbaycanlılarının birliyi ideyası tarixi nailiyyətdir

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bişkekdəki Qırğızıstan-Rusiya Slavyan Universitetində (QRSU) tədbir keçirilib. Rektor Vladimir Nifadyev belə bir əlamətdar tədbirə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib.

Qırğızıstandakı səfirimiz Hidayət Orucov Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəylik Günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətini görüş iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısındakı tarixi xidmətlərindən biridir. Səfir Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev Qırğızıstanda yaşayan azərbaycanlılar haqqında məlumat verib. Sonda səfir tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 7.