“Həmrəylik-birlik günümüz

 

Oğuz rayon Mərkəzi kitabxanasının Xidmət şöbəsinin oxu zalında “Həmrəylik-birlik günümüz” adlı ədəbi-bədii gecə təşkil olunub. Oxu zalının müdiri İ.Rəhmətullayeva, rayon İcra Hakimiyyətinin nümayəndəsi T.Daşdəmirov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova, Əməkdar müəllim M.Abbasova, MKS-nin direktoru S.Mikayılova və başqaları bayram təbriklərini çatdırıblar. Mədəniyyət mərkəzinin işçisi, müğənni M.Malıyev tədbir boyunca ürəyəyatan mahnılar ifa edib. Sonda Qarabağ müharibəsi veteranlarına hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 7.