“Həyatla oyunŞimali Kiprdə təqdim ediləcək

 

Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri, rejissor İntiqam Soltan Şimali Kipr Türk Cümhuriyyətində bir sıra görüşlər keçirib.

Səfər Şimali Kipr Türk Cümhuriyyətinin hökuməti yanında Narkotiklərlə Mübarizə Komissiyasının rəhbəri Hasan Karaokçunun dəvəti ilə reallaşıb.

Görüşlər zamanı İntiqam Soltanın Kiprdə tamaşa hazırlaması məsələsi müzakirə olunub. Narkomaniya ilə mübarizə kompaniyası çərçivəsində, demək olar ki, Azərbaycanın əksər rayon və şəhərlərində, təhsil ocaqlarında nümayiş etdirilən, ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan olan “Həyatla oyun” tamaşasının Şimali Kiprdə də səhnələşdirilməsi planlaşdırılır. Azərbaycanlı və türk aktyorların yer alacağı tamaşanın hər iki ölkədə nümayişi nəzərdə tutulur.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 6.