Uşaq Teatrının “Qış bayramı”

 

Bakı Uşaq Teatrı Yeni il bayramı münasibətilə seyrçilərə “Qış bayramı” tamaşasını təqdim edib. Tamaşanın ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rejissor köməkçisi İlhamə Əhmədova, rəssamı Sevda Məmmədovadır.

Tamaşanın əsas qəhrəmanı Meymun dəmirçidən onun üçün balta düzəltməsini xahiş edir. Meymun öz ilini qeyd etmək üçün böyük səy göstərir və istəyinə nail olur.

Teatr “Qış bayramı” tamaşası ilə paytaxtın Masazır qəsəbəsində yerləşən Zəngilan rayon qaçqın şəhərciyində də balacaların qonağı olub.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 4.