Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələri genişlənib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ötən il ərzində əməkdaşlar tərəfindən 24 kitab (ikisi xaricdə), dörd monoqrafiya (biri xaricdə) nəşr olunub. AMEA-dan bildiriblər ki, il ərzində institutun beynəlxalq əlaqələri də genişlənib. Paris Milli Kitabxanasında saxlanılan Şərq xalqları ədəbiyyatına dair dörd əlyazmanın elektron nüsxəsi əldə olunub.

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 13.