“ASAN məktub” - bir uşağı sevindir

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” təşkilatı ilə birlikdə “ASAN məktub” layihəsini davam etdirir.

Layihənin məqsədi həssas təbəqədən olan, 14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır. Bu dəfə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin köməkliyi ilə qəsəbədə yaşayan, aztəminatlı ailələrdən olan 15 uşağın məktubda yazdığı hədiyyələr öhdəçiliyə götürülüb, xeyirxah vətəndaşlardan təhvil alınaraq, aidiyyəti üzrə öz sahibinə təqdim edilib.

Qeyd edək ki, hər bir vətəndaş www.asanmektub.az saytına daxil olaraq, bir uşağın məktubunu öhdəsinə götürməklə onları sevindirə bilər.

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 2.