Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb

 

Yanvarın 11-də Türkiyədə yaşayan azərbaycanlı rəssam Teymur Ağalıoğlunun Ankaranın Emin Hekimgil Sənət Qalereyasında fərdi sərgisinin açılışı olub.

Bu haqda qəzetimizə rəssam özü bilgi verib. O, sərgiyə mənzərələrdən ibarət 35 əsərini çıxarıb. Əsərlər yanvarın 29-a qədər nümayiş etdiriləcək.

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 16.