Fransada türkologiya elminə töhfə verən soydaşımız

 

1917-ci ildə Rusiya imperiyasında monarxiyanın süqutu və ardınca baş verən siyasi proseslər bir çox insan talelərində dərin izlər qoydu. Yeni quruluşla barışmayan yüz minlərlə ailə mühacirət etməli oldu. O vaxt qürbətin istisiz işığına sığınanlardan biri də tanınmış türkoloq, soydaşımız İren Məlikovanın ailəsi idi.

 

İren İsgəndər qızı Məlikova Rusiyada məlum bolşevik inqilabı baş verən gün - 7 noyabr 1917-ci ildə Sankt-Peterburq şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. Atası bakılı neft sahibkarı idi. Ötən əsrin əvvəllərində Rusiyanın bir sıra vilayətlərində, o cümlədən Sankt-Peterburqda ticarət mərkəzləri açmışdı. Bolşevik çevrilişindən sonra bütün sahibkarlar kimi, o da təqib edilir. İki il qorxu içində yaşayan Məlikovlar 1919-cu ildə Finlandiyaya köçürlər. Bir müddət burada qaldıqdan sonra Parisə gedərək həmişəlik orada məskunlaşırlar.

İlk təhsilini Parisdə alan İren Sorbonna Universitetinə qəbul olunur. Burada ingilis dili ədəbiyyatını yüksək səviyyədə öyrənir. Eyni zamanda Şərq Dilləri Dövlət Məktəbində türk dili sahəsində biliklərini təkmilləşdirir. Tanınmış türkoloqların mühazirələrini dinləyir. Təhsil aldığı illərdə fransız dili ilə yanaşı, türk, fars ərəb dillərini öyrənir. Universiteti uğurla başa vurduqdan sonra elmi yaradıcılıqla məşğul olur.

Tələbəlik illərində Parisdə tanış olduğu bir gənc türkoloqla ailə həyatı qurur. Türkiyəni görmək, İstanbulda yaşamaq arzusu ilə İ.Məlikova 1941-ci ildə həyat yoldaşı ilə birlikdə qardaş ölkəyə köçürlər. O, 1948-ci ildə Fransaya qayıdır türkologiya sahəsində araşdırmalar aparır, sanballı elmi nəticələr əldə edir. Elmi axtarışlarının miqyası genişlənərək Türkiyə, Azərbaycan, İran Orta Asiya ölkələrini əhatə edir. Bu uğurlu elmi araşdırmaları ona şöhrət gətirir Strasburq Universitetinə dəvət edilir, türkologiya İran fakültəsinin rəhbəri təyin olunur. Bir çox beynəlxalq elmi qurumların, cəmiyyətlərin üzvü seçilir.

İ.Məlikova əsasən Azərbaycanın tarix ədəbiyyatını tədqiq edir. 1957-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Danişmənd dastanı”, “Əbumüslüm Xorasani”, “Umur paşa dastanıadlı kitabları işıq üzü görür. 1957-ci ildən 1964-cü ilədək o, Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışır. Strasburq Humanitar Elmlər Universitetində işə düzəlir bir müddət sonra bu məşhur təhsil elm ocağının professoru olur. Burada işləyə-işləyə türk dilləri ədəbiyyatı sahəsində böyük elmi mərkəz yaratmağa səy göstərir. Gərgin araşdırma yaradıcılıq fəaliyyəti sayəsində Türkiyyat Araşdırmaları İnstitutunu yaradır. İnstitut qısa müddət ərzində Avropada ən nüfuzlu türkoloji mərkəzlərdən birinə çevrilir.

1984-cü ildə Strasburq Humanitar Elmlər Universitetində ölkəmizin ədəbiyyat mədəniyyətinin təbliğini həyata keçirən Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzini yaradır onun prezidenti seçilir. 1988-ci ildə qurum Azərbaycan Mədəniyyətini Sivilizasiyasını Öyrənən Mərkəz adlandırılır.

Alim haqqında araşdırmalarda qeyd olunur ki, İ.Məlikova Strasburq Universitetində işə başlayanda bu ali təhsil ocağının türk şöbəsində cəmi iki tələbə oxuyub. Onun səyləri nəticəsində bir neçə il sonra tələbələrin sayı 380 nəfərə çatır. Onların 40 faizi ədəbiyyat mədəniyyət ixtisasları üzrə təhsil alıb.

Böyük məqsəd, arzu istəklə yazıb-yaradan İren xanım Strasburq Universitetində dərs deməklə yanaşı, Azərbaycanla bağlı araşdırmalarını da davam etdirir. 1988-ci ildəƏdəbiyyat incəsənətqəzetində onunTürk Qafqaz qeydlərisilsiləsindənBabək Xürrəmi Seyid Battaladlı böyük məqaləsi dərc edilir. O, eyni zamanda Bakı Dövlət Universitetinin fəxri professoru seçilir. Həmin dövrdə Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı olanTürkika”nın baş redaktorluğu ona tapşırılır.

Azərbaycan haqqında bitib-tükənməyən arzuları onu İrana aparır. Cənubi Azərbaycana gələn İren xanım Təbriz şəhərini gəzir tarixi memarlıq abidələrini yaxından seyr edir. Yaradıcılığını çox sevdiyi Şah İsmayıl Xətai haqqında xeyli material toplayır.

İren Məlikova 9 yanvar 2009-cu ildə, 92 yaşında Parisdə dünyasını dəyişib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.-  13 yanvar.- S. 15.