Tofiq Bayramın şəxsi fondu yaradılıb

 

Tanınmış şair, Əməkdar incəsənət xadimi Tofiq Bayramın (1934-1991) yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edilib.

Arxivin direktor müavini Könül Nəsibova bildirib ki, sənədlər sırasında şairin əlyazmaları, məktubları, ona verilmiş kitablardövrünün tanınmış şəxsiyyətləri ilə çəkdirdiyi fotoşəkillər yer alıb.

Şairin ömür-gün yoldaşı Zərifə xanım tərəfindən arxivə 250 sənəd təqdim edilib. Arxivin əməkdaşları tərəfindən təqdim edilmiş materialların siyahısı hazırlanıb, arxivdə Tofiq Bayramın şəxsi fondu rəsmiləşdirilib.

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 15.