Koroğlu” operası türk dünyası sənətçilərinin təqdimatında

 

TÜRKSOY-un layihəsi ilə səhnələşdirilən Üzeyir bəyin ölməz əsəri Mersin OperaBalet Teatrında göstərilib

 

Xəbər verdiyimiz kimi, ölkəmizin Türkiyədəki səfirliyinin, TÜRKSOY-un, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət OperaBalet Teatrları Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 9-da Mersin Dövlət OperaBalet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının premyerası keçirilib.

 

Premyeraya Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Mersin vilayətinin valisi Özdəmir Çakacak, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamaz, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər qatılıblar.

Tamaşadan əvvəl səfir Faiq Bağırov və Türkiyə Dövlət OperaBalet Teatrları Baş İdarəsinin müdiri Selman Ada Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə “Koroğlu” operasının Mersin Dövlət OperaBalet Teatrında səhnəyə qoyulmasının əhəmiyyətindən danışıblar.

Koroğlu” operasının Azərbaycanın musiqi mədəniyyətində yerindən söhbət açan F.Bağırov bu ölməz əsərin, eyni zamanda bütün türk dünyasını birləşdirən dəyərlərimizdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, səfirliyin təşəbbüsü ilə 2015-2016-cı sənət mövsümündə Mersin Dövlət OperaBalet Teatrının repertuarına salınan “Koroğlu” operası TÜRKSOY tərəfindən bütün türk dünyasının ortaq layihəsinə çevrilib. Bu da müştərək türk tarixi və ədəbiyyatında mövcud olanKoroğlu” dastanının birləşdirici rolu ilə üst-üstə düşməkdədir.

Rəsmi hissədən sonra tamaşa təqdim olunub. Azərbaycanlı rejissor, professor, Əməkdar incəsənət xadimi Əflatun Nemətzadə tərəfindən yüksək peşəkarlıqla səhnələşdirilən opera tamaşaçılarda xoş təəssürat yaradıb və alqışlarla qarşılanıb.

Premyerada orkestri tanınmış italyan dirijor Lorenzo Coladonato idarə edib.

Koroğlu rolunu Qırğız Milli Akademik Opera Balet Teatrının sənətçisi Sadırbek Jumaşov, Nigar rolunu isə Astana Opera Balet Teatrından Jupar Gabdullina ifa edib.

Sonda səfirlik adından layihənin tərəfdaş qurumları olan TÜRKSOY Türkiyənin Dövlət Opera Balet Teatrları Baş İdarəsinin rəhbərlərinə, eləcə tamaşanın ərsəyə gəlməsində əməyi olan digər şəxslərə plaketlər təqdim edilib.

Opera növbəti dəfə 12 yanvarda Mersin tamaşaçılarına təqdim edilib. Teatrda tamaşanın daha bir nümayişi yanvarın 15-də olacaq.

Qeyd edək ki, TÜRKSOY-un təşkilatçılığı, professor Əflatun Nemətzadənin quruluşunda beynəlxalq layihə kimi səhnələşdirilənKoroğluoperası türk dünyası sənətçilərinin birgə səyləri ilə ərsəyə gəlib.

 

Mədəniyyət.- 2016.-  13 yanvar.- S. 8.