Dinara Əliyeva İsrail səhnəsində

 

Azərbaycanlı vokalçı Cüzeppe VerdininTrubadur” operasında çıxış edib

 

Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva yanvarın 12-də İsrailinTel Aviv Performing Arts Center” məkanında Cüzeppe VerdininTrubadur” operasında çıxış edəcək. Operanın növbəti tamaşası yanvarın 15-də keçiriləcək.

Dinara Əliyevanın saytında yer alan məlumata görə, o, operada Leonora rolunu ifa edib.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrı səhnələrində konsert zallarında çıxış edib. 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar Çexiyanın Praqa şəhərlərindəGalaVerdiadlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalı keçirilib.

Dinara Əliyeva konsertlərdə müxtəlif janrlarda, rus Azərbaycan xalq mahnılarından, opera operettalardakı ariyalardan romans cazadək müxtəlif əsərləri ifa edir.

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 8.