Türkiyəli professor Bakıda ustad dərsləri keçib

 

Uşaq musiqi, incəsənət rəssamlıq məktəblərində çalışan müəllim şagirdlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Mədəniyyət Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq xarici ölkələrdən dəvət edilmiş təcrübəli müəllimlərin, tanınmış mütəxəssislərin ustad dərsləri təşkil edilir.

Bu istiqamətdə işlərin davamı olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru Cihat Aşkının (violin) ustad dərsləri keçirilib. Tədbirdə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

 

Mədəniyyət.-  2016.- 13 yanvar.- S. 8.