Ölkəmiz LitvadaKitab Miladı” aksiyasında təmsil olunub

Litva Prezidenti Dalya Qribauskaytenin təşəbbüsü ilə beşinci dəfə “Kitab Miladı” aksiyası keçirilib. Budəfəki aksiyada kütləvi və məktəb kitabxanaları üçün 50 min yeni kitab toplanıb.

Azərbaycanın Litvadakı səfirliyi də öz ənənəsinə sadiq qalaraq uşaq və gənclər kitablarını oxumağa və hədiyyə etməyə çağıran aksiyanı dəstəkləyib.

Prezident Dalya Qribauskayte deyib: “Kitab Miladı” aksiyası ölkədə kitabsevərləri birləşdirən ümumi hərəkata çevrilib. Əsas odur ki, kitab sosial təcridi aradan qaldırmağa, kitaba ehtiyacı olan insanlarla ünsiyyət qurmağa kömək edir. Minlərlə yeni kitab oxucuları sevindirəcək və ən ucqar kitabxanalara veriləcək. Aksiyada fəal iştirak edənlərə dərin təşəkkürümü bildirirəm”.

Kitab Miladı” aksiyasının keçirildiyi beş il ərzində ölkənin kitabxanalarına 172 mindən çox kitab hədiyyə edilib.

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 6.