Günəş Avropa musiqi səmasında parlayacaq

 

Azərbaycanlı müğənni məşhur musiqi brendi ilə əməkdaşlığa başlayıb

 

Həmvətənimiz, Belarusun populyar müğənnisi Günəş İsveçin tanınmış musiqi şirkəti ilə əməkdaşlıq etməyə başlayıb. Müğənninin “Sweden Songs Music Publishing” leybli altında buraxılan ilk kompozisiyası internetdə təqdim olunub.

İsveçin məşhur musiqiçiləri Niklas Söström Kristian Lovenborq Volström Günəş üçünQəlbi sınmış qadın” (“Heartbroken woman”) mahnısını yazıblar. İfaçının sözlərinə görə, “Sweden Songs”, o cümlədən şirkətin təsisçisi olan Kit Almqren ona “Eurovision-2016” mahnı müsabiqəsinin milli seçim turunda kompozisiya təqdimi barədə təklif edib, lakin Günəş seçim turunda iştirak etməməyi qərara alıb. Belteleradioşirkətinin dəvətinə əsasən müğənni münsiflər heyətinə salınıb yanvarın 22-də seçim turunun finalındaQəlbi sınmış qadınmahnısını qonaq kimi ifa edəcək. Bu, bir növ kompozisiyanın geniş auditoriya üçün təqdimatı olacaq.

Günəşin “Sweden Songs” ilə əməkdaşlığı 2015-ci ildə başlayıb müğənninin “Eurovision” milli seçim turlarında uğurlu çıxışından qaynaqlanıb. Bu barədə həmvətənimiz deyib: “Qəribə olsa da, mən “Eurovision” yarışmasına bir dəfə olsun belə getməyərək, ondan yaradıcılıq baxımından böyük fayda əldə etmişəm. Xarici müəlliflərdən onların kompozisiyalarını seçim turunda ifa etməyim barədə çoxlu təkliflər alıram. Hər il Azərbaycan, İspaniya, İrlandiya İsveçdən mənə mahnılar göndərilir”.

Mahnı haqqında fikirlərini bölüşən müğənni deyib: “Mənim emosional durumum kompozisiyada təqdim edilən obraz mətnə uyğun gəlmir. Gözəl bir oğlum dünyaya gəlib. Lakin mahnı mənim o dərəcədə xoşuma gəldi ki, mən bu rolu oynamağı hər bir qadının həyatında heç olmasa bircə dəfə yaşadığı hiss emosiyaları çatdırmağı qərara aldım. Cavabsız məhəbbət, ayrılıq acısı, həyəcan iztirablar - bütün bunlar bizi sonda güclü edir həyat yollarında biz daha inamla addımlayırıq”.

Kompozisiya Avropada müsbət qarşılanıb. Müğənni ümid edir ki, mahnı Belarus dinləyicilərinin xoşuna gələcək. Günəş İsveçin musiqi şirkəti yeni kompozisiyalar üzərində əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Müğənni 2016-cı ilin yaradıcılıq baxımından zəngin olacağını gözləyir. Artıq bu ay müğənninin onillik yaradıcılıq fəaliyyətinə həsr olunan qastrol turu başlanır.

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 16.