Gənc ifaçılar beynəlxalq müsabiqədə uğur qazanıblar

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin ikinci kurs tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov Sankt-Peterburqda keçirilən “Global Fest Peterburq 2016” beynəlxalq müsabiqəsində üçüncü yerə layiq görülüblər.

Əməkdar müəllim, professor Nəzakət Rimazinin sinfində təhsil alan Cavid Əzizov müsabiqənin 17-21 yaş qrupunda, Əməkdar incəsənət xadimi, professor Oktay Abasquliyevin sinfində təhsil alan Vüsal Aydəmirov isə 22-30 yaş qrupunda solo nominasiyası üzrə üçüncü yeri qazanıblar. Həmçinin Əməkdar müəllim, professor Nərminə Quliyevanın fortepiano ansamblı sinfinin tələbələri olan C.Əzizov və V.Aydəmirov müsabiqənin 17-30 yaş qrupu üzrə ansambl nominasiyasında da üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, müsabiqədə 10 ölkədən musiqiçilər iştirak edib.

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 16.