Muzey əməkdaşlarının məqalələri Çexiya jurnalında

 

Çexiyanın Karlov Universitetinin fəlsəfə fakültəsi nəzdində fəaliyyət göstərən “Azərbaycanın və Xəzər Regionunun Tədqiqi Mərkəzinin bülleteninin növbəti nömrəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının məqalələri dərc edilib. Muzeydən bildiriblər ki, bu elm müəssisəsinin xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın ingilis dilində dərc olunan “Azərbaycan tikməsi (qurama) ənənəvi Azərbaycan interyerində” məqaləsində qurama tikmə növünün tarixi nümunələri, xüsusiyyətləri haqqında məlumat verilir.

Muzeyin elmi işçisi Emin Dadaşovun ingilis dilində “XIX-XX əsrin əvvəllərinə aid fotoşəkillər Azərbaycandakı sosial təbəqələrin öyrənilməsində mənbə kimi” məqaləsi isə muzeyin sənədli mənbələr fondunda qorunan fotoşəkillər əsasında yazılıb. öyrənilməsində mənbə kimi” məqaləsi isə muzeyin sənədli mənbələr fondunda qorunan fotoşəkillər əsasında yazılıb.

 

Mədəniyyət.- 2016.-  15 yanvar.- S. 14.