Şanlı tariximiz

 

Beyləqan muzeyinin sərgisi

 

Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində “20 Yanvar - şanlı tariximiz” adlı səyyar fotosərgi təşkil edilib və yanvarın 12-dən rayonun müəssisə və təşkilatlarında təqdim olunur. Sərgi ilk olaraq rayon Mərkəzi Xəstəxanasının həyətində nümayiş olunub.

Sərginin məqsədi insanlara, özəlliklə uşaq və gənclərə tariximizin bu səhifəsi haqqında məlumat vermək, milli azadlığımız uğrunda canından keçən həmvətənlərimizin fədakarlıq və şücaətini bir daha insanların yaddaşına həkk etməkdir. Vətən öz şəhidlərini heç vaxt unutmayacaq.

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 11.