Klassik musiqi aləminə səyahət

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət MuzeyininKlassik musiqi həvəskarları klubuyeni ilin ilk tədbirini keçirdi. Yanvarın 13-də Niyazinin mənzil-muzeyində klub sənətsevərlər üçünKlassik musiqi aləminə səyahət” təşkil etdi.

 

Tədbiri giriş sözü ilə açan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirdi ki, yeni ilin ilk tədbirində bir anlıq da olsa keçmişə qayıtmaq, ötən illərdə keçirdiyimiz tədbirlərdə səsləndirdiyimiz klassik musiqilərə qayıtmaq istədik. Sonra direktor muzeyinKlassik musiqi həvəskarları klubunun gələcək tədbirlər planından söz açdı.

Əməkdar icəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova çıxış edərək klassik musiqinin incə məziyyətlərindən, sehrindən danışdı. Bildirdi ki, klassik musiqi bir tarix olsa da, müasir cəmiyyətdə öz auditoriyasını qoruyub saxlayır, sevilir və dinlənilir.

Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova ötən il ərzində aktiv fəaliyyətinə görə “Klassik musiqi həvəskarları klubu” tərəfindən mükafatlandırıldı.

Sonra klubun 2015-ci ildə gördüyü işlər, təşkil olunan tədbirlərdən bəhs edən video-çarx nümayiş olundu.

Çıxışlardan sonra Qərbi Avroparus bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət rəngarəng konsert proqramı başladı. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifaları ilə yanaşı, M.Rostropoviç adına 21 nömrəli musiqi məktəbinin 11-ci sinif şagirdlərinin ifaları da dinlənildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 7.