Xalq şairi haqqında yeni kitab

 

Elm və təhsil” nəşriyyatında Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığından bəhs edən “Əbədi Prometey” kitabı işıq üzü görüb.

Kitaba Xalq şairi Xəlil Rza Ulutürkün Zəlimxan Yaqub haqqında müxtəlif vaxtlarda dərc etdirdiyi ayrı-ayrı yazılar, məqalələr toplanıb. Nəşrdə, həmçinin X.R.Ulutürkün gündəliyində onunla bağlı heç yerdə dərc olunmayan qeydlər də yer alıb.

Nəşrin tərtibçisi və redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 14.