Azərbaycanlı balerina Belarus Opera Balet Teatrının səhnəsində

 

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrına Belarus Milli Akademik Böyük Opera Balet Teatrından növbəti dəvət məktubu daxil olub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, balet truppasının gənc istedadlı solisti, Əməkdar artist Nigar İbrahimova yanvarın 22-də Belarus Milli Akademik Böyük Opera Balet Teatrının səhnəsində Adolf AdanınJizelbaletində Jizel partiyasını ifa etmək üçün dəvət olunub.

Nigar İbarhimova 2004-cü ildən teatrın balet truppasında çalışır. Truppanın aparıcı solisti kimi bir çox tamaşalarda böyük uğurla çıxış edir. Dəfələrlə Azərbaycanı Türkiyə, Rusiya, Fransa başqa ölkələrdə müvəffəqiyyətlə təmsil edib. İstedadlı aktrisanın ən böyük uğurlarından biri ötən ilin sentyabrında Kreml sarayında balet artistlərinin Rusiya Avropadan olan beynəlmiləl heyətinin tərkibində Fikrət Əmirovun “Min bir gecəbaletində Şəhrizad rolunu ifa etməsi olub.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 11.