Gənc skalçıların növbəti toplantısı

 

New Baku” hotelində Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası olan “SKAL İnternational Bakuklubunun fəaliyyətinin davamlılığını qorumaq məqsədilə yaradılmış gənc skalçılar klubunun (“Young SKAL”) 2-ci toplantısı keçirilib.

Gənc turizmçilərin iştirak etdiyi tədbirdə “Skal İnternational Bakuklubunun vitse-prezidenti Ceyhun Aşurov çıxış edərək skalçıların məqsəd və hədəflərindən söz açıb.

Skal Bakunun idarə heyətinin üzvüsabiq prezidenti Ruslan Quliyev gənclərlə görüşündən məmnunluğunu bildirib, onların fikir və təkliflərinin əhəmiyyətini vurğulayıb. “Young SKAL”ın turizmin təbliğində rolunu qeyd edən Ruslan Quliyev bu cür təşəbbüslərin daim dəstəklənəcəyini diqqətə çatdırıb.

Young Skal Bakuklubunun üzvü Tahir Məmmədov qurumun yaranma tarixi, fəaliyyəti və ilk toplantısı haqqında danışıb.

Toplantıda turizmdə keyfiyyətin artırılması, “Young Skal Bakuklubunun gələcək fəaliyyət planı, turizm peşəkarları ilə görüşlərin keçirilməsi və digər məsələlər müzakirə olunub. Təşkilatın üzvləri çıxış edərək fikirlərini bölüşüblər, gənclərin fəaliyyəti üçün yaradılan şəraitə görə “Skal Bakuklubunun idarə heyətinə minnətdarlıqlarını bildiriblər.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 9.